"Turan Tovuz" futbol klubu Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxır.

"Turan Tovuz" futbol klubu Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxır.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərb təmsilçisi hazırlıq prosesi çərçivəsində İranın 21 yaşlılardan ibarət yığma komandası (U-21) ilə qarşılaşacaq.

Kurban Berdiyevin baş məşqçisi olduğu kollektivin ilk sınaq oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Tovuzluların qonşu ölkənin gənclər komandası ilə görüşü toplanışın birinci mərhələsinin keçirildiyi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Komanda bu mərhələni başa vurduqdan sonra hazırlıqların növbəti hissəsi üçün Bolu bölgəsinə yollanacaq.

Qeyd edək ki, Misli Premyer Liqasının bürünc mükafatçısı yeni mövsümün hazırlıq proqramı çərçivəsində qardaş ölkədə ümumilikdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest