Kataloniyanın "Barselona" klubu Belçikanın "Brügge" komandasından sol vinger Cessi Bisivunun transferi ilə bağlı razılıq əldə edib. Klublar artıq lazımi sənədləşmə işlərini tamamlayıblar.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilir ki, transfer müqaviləsinin məbləği 8,5 milyon avro təşkil edib. Bundan əlavə, müqaviləyə əsasən, futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 20 faizi Belçika klubuna ödəniləcək.

18 yaşlı Bisivu Belçikanın "Aud-Heverle Löven" klubunun yetirməsidir. O, 2020-ci ilin iyulunda bu komandadan ayrılaraq "Brügge"nin strukturuna keçib.

Hücumçu geridə qalan mövsümdə "Brügge"nin gənclər komandasında 8 oyun keçirib, klubun "Nekst" adlı farm-komandasında isə 15 matçda meydana çıxıb. Bisivu ümumilikdə klub səviyyəsində 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest