Azərbaycan milli komandası məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının IV turunun Malta ilə Bakıdakı görüşü uğurlu seriyada 5-ci olub.

1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan əvvəlki 4 oyunda da yığmamız yenilməmişdi. Qurban Qurbanovun yetirmələri iyunun 9-da Latviya ilə səfərdəki yoxlama oyununda 3:1, oktyabrın 11-də Millətlər Liqasının III turunda isə Farer adalarında 3:0 hesabı ilə qalib gəlib.

Sentyabrın 7-də Bakıda Kosovo ilə qolsuz ayrılan yığmamız Malta ilə 2-dəfə eyni hesablı nəticəyə imza atıb. Sentyabrın 10-da səfərdə, bu gün isə Bakıda 1:1 hesabı qeydə alınıb.

Beləliklə, millimiz son 5 qarşılaşmada 2 qələbə qazanıb, 3 heç-heçə edib.

Qeyd edək ki, komandamız sonuncu dəfə iyunun 5-də Qazaxıstanda uduzub – 0:3.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest