"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, belaruslu mütəxəssis 0:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"Bu hesab bir neçə amilin nəticəsidir. Məğlubiyyətdə rəqibin səviyyəsi də öz sözünü dedi. ümumi səhvlər və əldə etdiyimiz imkanlardan yararlanana bilməməyimiz nəticəyə təsir etdi. Bir matçla komandaya qiymət vermək düzgün olmaz. Tam hazırlığımızı görmək üçün 1-2 dövrə keçməlidir. Heyətin formalaşması başa çatmayıb. Transfer pəncərəsi davam edir. Yeni oyunçular axtarırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest