Avqustun 5-də start götürəcək Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq

Avqustun 5-də start götürəcək Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FİFA tərəfindən AFFA-ya göndərilib.
 
FİFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24 iyul tarixlərində isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest