Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşkatma mərasimində çıxış edib.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşkatma mərasimində çıxış edib.
 
PFL rəhbəri "Turan Tovuz" və "Kəpəz"i çempionata qayıtmaları münasibəti ilə də təbrik edib:
 
"Bütün komandaları yeni mövsümün startı münasibətilə təbrik edirəm. "Turan Tovuz"la "Kəpəz"i də çempionata qayıtmaları münasibəti ilə də təbrik edirəm. "Qarabağ" rəhbərliyi və xüsusən də Qurban Qurbanovun zəhməti nəticəsində Azərbaycan xalqı çox sevindi. Bunun nəticəsi idi ki, matç bitsə belə, insanlar stadiondan getmək istəmirdilər. Arzu edirəm ki, digər komandalarımız da bizi elə sevindirsinlər".
 
Musayev Premyer Liqada 10 komandanın iştirak etməsinin yaxşı olduğunu bildirib: "Klublarımız səviyyəli legioner gətirməyə çalışmalıdır. Elə legioner gətirin ki, ehtiyatda qalmasın. Gənclər onlardan nələrsə öyrənsin. Yoxsa gəlib bizim futbolçulardan öyrənməsinlər".
 
PFL prezidenti "Kəpəz"in stadion problemindən danışıb: "Bizim nümayəndə bir ay əvvəl Gəncə stadionunda olub. AFFA rəhbərliyi də bilir ki, orada bəzi problemlər var. Bunlar aradan qaldırılmasa, tələb edəcəyik ki, orada oyun keçirməsinlər. "Kəpəz"in oyunlarını Bakıda keçirmək ehtimalı da var. "Turan Tovuz"un ev oyunlarını Bakıda keçirmə ehtimalına gəlincə, sırf stadionda işıqlandırma probleminə görə oyunların paytaxtda keçirilməsi düzgün deyil. İnanıram ki, orada başqa problemlər də olmayacaq. Lakin süni işıqlandırma üçün də az pul getmir. Bu, klubun illik büdcəsinin yarısı qədərdir".
 
Musayev bildirib ki, Azərbaycan Premyer Liqasında VAR sistemi 2022/2023 mövsümünün 1-ci turundan tətbiq olunacaq. O, AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə türkiyəli Barış Şimşəkin gətirildiyini də söyləyib.
 
Ramin Musayev həmçinin PFL-ə yeni sponsor axtarışında olduqlarını da bildirib: "Almaniyadakı bir şirkətlə sponsorluqla bağlı danışıqlar gedir. Danışıqlar davam edir. Bir şirkətlə yazışmalarımız var. Qismət olarsa, alınacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest