“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yeni transfer Solomon Kvirkveliya haqda danışıb.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yeni transfer Solomon Kvirkveliya haqda danışıb. Matc.az xəbər verir ki, Rumıniya mətbuatına açıqlama verən 47 yaşlı mütəxəssis, Kvirkveliya uğrunda mübarizədə keçmiş klubu “Styaua”ya qalib gəlmələrinə də aydınlıq gətirib.
 
O, rumınların Gürcüstan millisinin mərkəz müdafiəçisi ilə maraqlanmasından xəbərsiz olduğunu deyib:
 
“Solomon təlim-məşq toplanışında bizimlədir. O, çox yaxşı futbolçudur. “Styaua”nın və ya Rumıniyadan başqa bir klubun onu istədiyini bilmirdim. Çünki Kvirkveliyanın ucuz oyunçu olduğunu düşünmürəm. Mən Rumıniyada olanda “Styaua”nın prezidenti Cici Beqalinin onun adını çəkdiyini xatırlamıram. Bu keçidin bizə neçəyə başa gəldiyini bilmirəm, çünki mənim işim deyil. Amma Solomonu Gürcüstan millisinin heyətində Bolqarıstan və Şimali Makedoniya ilə iki oyunda izləyərək bəyəndim. Bu, 196 sm-lik təbiətin gücüdür. Ümid edirəm və istəyirəm ki, bizə köməyi dəysin. Çünki beynəlxalq təcrübəsi var, son dərəcə vacib futbolçudur”.
 
“Neftçi”yə Gürcüstan “Qaqra”sından keçən Kvirkveliya Bakı klubu ilə 2 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest