"çelsi"nin futbolçusu Romelu Lukaku yenidən "İnter"ə qayıdıb. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
"Zadəganlar" 29 yaşlı hücumçunu 1 illik A Seriyası klubuna icarəyə verib.
 
"çelsi" bu keçidə görə 8 milyon avro qazanacaq. Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub. Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.
 
Xatırladaq ki, Lukaku 2019-2021-ci illərdə də "İnter"də oynayıb. O, ötən yay 115 milyon avroya "çelsi"yə satılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest