"Xallar itirsək də, futbolçuları yaxşı tanıdım. Bu da növbəti mövsüm komandanı hazırlaşdırmağıma kömək olacaq"

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, belaruslu mütəxəssis 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Komandamı və azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Nəhayət ki, bu gün epizodlar yaradıb qollar vura bildik. Amma bu, bizə əsas vermir ki, eyforiyaya qapılaq. Burada keçirdiyim müddətdə komandanı kifayət qədər analiz edə bildim. Yəni, kifayət qədər məlumat əldə edə bildim. Bütün komandalarla iki dəfə oynadıq. Anladım ki, rəqiblərimiz aşağı-yuxarı necə oynayırlar. Bir qədər çətin şəraitdə olsa da, komandamı tanıya bildim. 23 futbolçunu ayrı-ayrılıqda tanımaq imkanım oldu. Kimin nəyə qadir olduğunu öyrəndim. Xallar itirsək də, futbolçuları yaxşı tanıdım. Bu da növbəti mövsüm komandanı hazırlaşdırmağıma kömək olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest