Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə baş tutub.

Əvvəlcə “Zirə” “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edib. Üçüncü pillədə qərarlaşan “Zirə” doğma meydanda “Şamaxı” ilə oyunda xal itirsə də, bu, sözügedən komandanın bürünc medallara sahib çıxmasına mane olmayıb. Halbuki, “Qəbələ” son turda qalib gəlməklə üçüncü pilləyə yüksələ bilərdi. Amma Qəbələdə də qalib müəyyənləşməyib.

“Sumqayıt” “Səbail”lə üz-üzə gəlib və 5 cavabsız qolla qələbə qazanıb. Mövsümə turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulub. Beş qolun qeydə alındığı bu oyunda da Ağdam təmsilçisi darmadağına sevinib.

Azərbaycan Premyer Liqası
28-ci tur
21 may

“Zirə” – “Şamaxı” 0:0
Qırmızı vərəqə: H.Keyta, 87.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev.
Məşqçi: Vaqif Paşayev.

Şamaxı: 27. Əkpər Vəliyev, 99. Rafael Məhərrəmli (k), 11. Sadio Tounkara, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov.
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 19. Fəhmin Muradbəyli, 24. Nihad Tamazov, 80. İbrahim Novruzov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov, 97. Qurban Səfərov.
Baş məşqçi: Rüstəm Əliyev.

“Qəbələ” – “Sabah” 1:1
Qol: M.Musayev, 68 – A.Kaşuk, 86.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov (k), 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 12. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Sabah: 94. Yusif İmanov 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 99. Hiqor Qabriel, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk, 33. Camal Cəfərov.
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriges, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 15. Kristian da Silva, 21. İldar Ələkbərov, 29. Ceyhun Nuriyev, 66. Abdulah Xaybulayev.
Məşqçi: Vitali Korneyev.

“Sumqayıt” – “Səbail” 5:0
Qol: A.Nuriyev, 4. Ə.Qurbani, 35; 42. E.Bədəlov, 51. V.Bəybalayev, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

Sumqayıt: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 9. Əli Qurbani, 74. Yusif Nəbiyev, 91. Anatoli Nuriyev, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.

Səbail: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 5. Adil Nağıyev (k), 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.

“Qarabağ” – “Neftçi” 4:1
Qol: P.Andrade, 5; 14. K.Borges, 10. İ.Brkiç, 57-öz qapısına – R.Maçado, 71.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Bakı. “Azersun Arena”, 19:30.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 1. İvan Brkiç, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç (k), 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest