Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış "Qarabağ" – "Sumqayıt" qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
 
Satış məntəqəsi: "Azersun Arena".
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
"Qarabağ" – "Sumqayıt" qarşılaşmasına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest