Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
 
"Qəbələ" - "Sumqayıt" oyununda "Qəbələ"nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb. Klub isə buna görə 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilib. "Sumqayıt"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
"Qarabağ" – "Şamaxı" oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
 
İclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bir oyunu ilə də bağlı qərar qəbul olunub. Belə ki, "Qəbələ" – "Qarabağ" oyununda "Qarabağ"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest