"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Matç ərzində böyük üstünlüyə sahib idik. Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar. Rəqib komanda şəklində öz cərimə meydançasında müdafiə olunurdu. Avtoqolumuzdan sonra axıradək müdafiədə oturdular. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydanda bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür edirəm. Bütün güclərini meydanda qoydular".
 
Musayev sayılmayan qollarının qaydalar çərçivəsində vurulduğunu söyləyib: "Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu hakim "Sabah"dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Xuan Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir".
 
Baş məşqçi komandasının ilk yarıda zəif təsir bağışlaması fikri ilə razılaşmayıb: "Zəif oynamağımızla bağlı fikirlə razı deyiləm. Rəqib qoldan başqa, birinci hissədə bir dəfə də qol vəziyyəti yaratmadı".
 
Murad Musayev avrokuboklara iddialarını davam etdirdiklərini vurğulayıb: "Avrokuboklarda çıxış etməyi çox istəyirik. Ancaq bugünkü oyunla avrokuboklara gedə bilmərik. Əlimizdən nə gəlirsə, edirik. Hər şey mayın sonunda bəlli olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest