"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Oyunun gedişindəki üstünlüyü tərəfimizə çevirmək üçün daha bir qol lazım idi. Həmin qolu vura bilsəydik, böyük ehtimalla buradan 3 xal ilə geri dönəcəkdik. Artıq növbəti oyun haqqında fikirləşmək lazımdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest