Sabah Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək. Matc.az xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
 
Bu, komandalar arasında 42-ci duel olacaq. "Qırmızı-qaralar" indiyədək "Sumqayıt"la 41 dəfə üz-üzə gəlib. Əvvəlki oyunlarda "Qəbələ" böyük üstünlüyə malikdir. Aktivində 24 qələbə olan bu komanda 12 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 65-29. "Qırmızı-qaralar"ın heyətində "Sumqayıt"la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir. 
 
Premyer Liqa çərçivəsində baş tutan 38 görüşdə 22 dəfə üç xal qazanan "Qəbələ" 11 sülhə nail olub. "Sumqayıt" isə 5 dəfə qalib gəlib. çempionatdakı top fərqi 62-28-dir.
 
öz meydanında 21-ci dəfə "Sumqayıt"ı sınağa çəkəcək əyalət təmsilçisi evdə 14 qələbə qazanıb, 5 heç-heçə edib və 1 dəfə məğlub olub. öz meydanında 36 top vuran  "Qəbələ" 12 qol buraxıb.
 
Xatırladaq ki, aprelin 15-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest