Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi səfərdə 3 cavabsız qola sevinib. Turun qapanış matçı isə "Səbail"lə "Qəbələ" arasında keçirilib. Əyalət təmsilçisi bu oyunda gözlənilməz darmadağınla üzləşib.

İlk oyun günündə "Neftçi" səfərdə "Şamaxı"ya (2:1), "Sabah" isə doğma meydanda "Zirə"yə (3:1) hesabıyla qalib gəlmişdi.

Azərbaycan Premyer Liqası
22-ci tur
10 aprel

"Sumqayıt" – "Qarabağ" 0:3
Qol: K.Borges, 16. M.Veşoviç, 67. L.Andrade, 69.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
"Sumqayıt Arena", 18:30.

Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev.
Baş məşqçi: Aleksey Baqa.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 25. İbrahima Vadji, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

"Səbail" – "Qəbələ" 3:0
Qol: A.Nağıyev, 41. N.Raysel, 67. İ.Aslanlı, 73.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Bakı. "ASCO Arena", 20:30.

Səbail: 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov, 27. Rasim Hasanov, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 24. Patrik Robson, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest