"Rayonlarda belə şeyləri görmüşəm. Mənim üçün xoş oldu. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Başa düşürəm ki, gənc oyunçularımız belə şeylərə öyrəşməyiblər. Ona görə ilk hissədə oyundan qopdular"

Azərbaycan Premyer Liqasında XXII turun "Şamaxı" – "Neftçi" (1:2) loyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Matc.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- çətin oyun oldu. Yaxşı ki qələbə qazandıq. Bəlkə də belə səfər oyunlarına alışmamışıq. Qəbələ səfərlərinə artıq komanda öyrəşib. Şamaxıda oyun ilk dəfə idi. "Şamaxı" rəhbərliyinə təşəkkür edirəm. Ki, ilk oyunu "Neftçi"ilə saldılar. Futbolçular əziyyət çəkdi. çoxdandır, süni örtüklü meydanda oynamırdıq. İlk hissədəki gərginliyin səbəbinin bu olub-olmadığını araşdıracağıq. "Sabah"la oyuna hazırlaşacağıq.

- Bu oyun bizə 90-cı illəri, 2000-lərin əvvələrini xatırlatdı. Siz həmin vaxtlarda oynamısız. Hansı hissləri keçirdiz?
- Rayonlarda belə şeyləri görmüşəm. Mənim üçün xoş oldu. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Başa düşürəm ki, gənc oyunçularımız belə şeylərə öyrəşməyiblər. Ona görə ilk hissədə oyundan qopdular. Fasilədən sonra öz ağırlığımızı qoya bildik. Bunun nəticəsində qələbə qazandıq. Bu gün həddən artıq xoş oldu. ümid edirəm ki, gələcək oyunlarımız da bu ab-havada keçəcək.

- Fərqli hissələr izlədik. Əvəzetmələriniz nəticə verdi, ancaq əsas heyətdə səhvə yol verdiyinizi düşünürsüz?
- Mert çelikdə səhv etdik. Amma o, oynamasaydı, bəlkə də, ömər Buludov meydana çıxacaqdı. Onun necə olacağını bilmirəm. Yusuf Lavalı oynatmaq fikrimiz yox idi. Onda zəhərlənmə baş vermişdi. özünə gəlməyə çaklışdı. 1-2 məşq buraxıb. Yenə məcburi oynadı. Oynamama səbəbi bu idi. Hazır deyil, əziyyət çəkir. Problemi sağlamlığı ilə bağlıdır. Hesabda irəli olsaydıq, ümumiyyətlə, meydana çıxmayacaqdı. Batdığını hesab edəndə əlində olan hər şeydən istifadə edirsən.

- Fərid Yusifli özünü dayaq yarımmüdafiəçi mövqeyində yad hiss edirdi sanki...
- Daha öndə oynasa, ondan əsər-əlamət qalmaz. Sırf dağıdıcı futbolçudur. Eddi oynasaydı belə, heyətdə olacaqdı. Ondan tələblərimiz başqadır. O, ilk dəfə belə atmosferdə oynayırdı. Bu, təsir edə bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest