"Keşlə" Azərbaycan çempionatlarında 800-cü qolu vurub. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 21-ci turunun "Qəbələ" ilə səfər matçına təsadüf edib.

"Keşlə" Azərbaycan çempionatlarında 800-cü qolu vurub. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın 21-ci turunun "Qəbələ" ilə səfər matçına təsadüf edib.
 
1:1 hesabı ilə başa çatan görüşdəki ilk qola imza atan Merab Giqauri klubunun tarixinə yubiley topunun müəllifi kimi düşüb.
 
1999-cu ildən "Xəzər Universiteti" və "İnter" adlarını da daşımış komanda 800-cü qolunu 614-cü oyununda vurub. Bu qollardan 437-si evdə, 363-ü səfərdə vurulub.
 
"Keşlə" Premyer Liqada 800 və daha çox qol vuran 4-cü komanda olub. Bakılıların ilk topu 1999-cu il noyabrın 7-də "Neftçi" ilə görüşə (2:3) təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest