"Səbail" Premyer Liqada 50-ci səfər qolunu vurub. Matc.az xəbər verir ki, bu, 21-ci turun "Qarabağ"la matçına təsadüf edib.

"Səbail" Premyer Liqada 50-ci səfər qolunu vurub. Matc.az xəbər verir ki, bu, 21-ci turun "Qarabağ"la matçına təsadüf edib. 
 
Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub.
 
Bu topa penaltidən fərqlənən Nikolas Raysel imza atıb. "Səbail" səfərdəki 50-ci qolu 62-ci oyunda vurub.
 
"Qarabağ"la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakılılar ümumilikdə 62 səfərdə 104 dəfə rəqibin fərqlənməsinə şahid olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest