"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 16-cı turunda "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Döyüşkən oyun alındı. Komandalar topsuz aqressiv oynayırdı. Demək olar ki, meydanda boş yer yox idi. Oyun səhvə qədər getdi. Təəssüf ki, səhvi biz buraxdıq. Bütün gücümüzü meydanda qoyduq ki, hesabı bərabərləşdirək. Amma alınmadı. Risk etdik və ikinci qolu buraxdıq. Rəqibi təbrik edirəm. Qələbəyə layiq idilər. Komandamın bu gün sərgilədiyi oyuna, matça yanaşmasına iradım yoxdur. Bizim hücumda ən pis oyunlarımızdan biri oldu. Bu gün sadə top itkiləri çox oldu. Bəzən də dəqiqlik çatmırdı.
 
Xuan Kamara "Neftçi" ilə oyunda zədələnmişdi. Ona görə bu gün oynamadı. Sabah MRT müayinəsindən sonra əzələsindəki vəziyyətin nə yerdə olacağını biləcəyik.
 
Düzdür, növbəti turda "Neftçi" ilə oynayacağıq. Amma bir həftə sonra baş tutacaq oyunda nə olacağını deyə bilmərəm. Biz, indi bu oyun haqda danışa bilərik. Necə olacaq, bir həftə sonra görəcəyik.
 
Transferlərimiz davam edir. Hər bir klub transferləri komandanı daha da gücləndirmək üçün edir. Qarşıda 12 oyunumuz var. Gələcək mövsüm haqda düşünmürük. Təbii ki, bütün fikrimiz bu mövsümü daha yaxşı yerlərdə başa vurmağa yönəltmişik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest