Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
 
"Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb. Hər iki komandanın avrokuboklara vəsiqə qazanmağa iddialı olması bu oyunun gərgin keçəcəyindən xəbər verirdi. Oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"ə (2:0), "Neftçi" isə "Keşlə"yə (3:1) qalib gəlib. "Qarabağ" - "Sumqayıt" matçı isə Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında Marsel "Olimpik"i (Fransa) ilə pley-off oyunlarına görə mayın 12-nə təxirə salınıb.
 
Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral
 
"Zirə" – "Sabah" 2:0
Qol: H.Keyta, 63; 90+3.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
 
Zirə: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios çantakias, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.
 
Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Tiemoko Fofana, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 29. Ceyhun Nuriyev, 66. Abdulah Xaybulayev.
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustəm Samiqullin, 9. Xulio Sezar Rodriqes, 24. Mixeil Erqemlidze, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Ələkvərov, 19. Kamran Quliyev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest