Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən "Qarabağ" pley-off mərhələsində Fransanın "Olimpik" (Marsel) klubu ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, 17 fevralda Fransada, 24 fevralda Azərbaycanda meydana çıxacaq "Qarabağ", vacib qarşılaşmalara daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Ağdam klubu Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sumqayıt"a qarşı keçirilməli olan görüşün təxirə salınmasını xahiş edib. Bu qarşılaşma 20 fevralda keçirilməli idi.
 
Peşəkar Futbol Liqası "Qarabağ"ın ölkə idmanı üçün vacib olan oyunlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və "Sumqayıt"ın razılığını rəhbər tutaraq aşağıdakı qərarı qəbul edib:
 
Azərbaycan Premyer Liqasının 16-cı turunun "Qarabağ" – "Sumqayıt" oyunu 20 fevraldan 12 maya təxirə salınsın.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest