"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Meydandan xalla ayrılmağa çalışdıq. Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. çempionat gərgin keçəcək. Mövsümün əvvəlində də komandamdan böyük gözləntilər yox idi. Heyətə baxanda da bunu görmək olar. Amma oyunumuzla azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha çox gənclərə şans veririk. Qarşımıza hər hansı vəzifə qoyulmayıb. Mübariz komanda formalaşdırmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest