Komanda qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətlənib. Hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər

Mövsümün ikinci yarısının hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib. Matc.az xəbər verir ki, ötən günün ilk yarısında Antalyaya çatan “qırmızı-qaralar” “İC Santai” otelində məskunlaşıb.
 
Komanda qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətlənib. Hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşqdə futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədədən sonra bərpa prosesi keçən Rüfət Əhmədov komandadan ayrı fərdi məşqlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest