15 Yanvar 2022, 14:54
FUTBOL
“Çelsi” icarə əsasında Braziliyanın “Flamenqo” klubunda çıxış edən futbolçusu Kenedini geri çağırıb. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kenedi ötən ilin avqustunda “Flamenqo”ya 1 illik icarəyə verilmişdi.
Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Flamenqo”da 17 oyuna çıxıb.