Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
 
Turun qapanış matçında lider "Qarabağ" səfərdə əsas izləyicisi "Qəbələ" ilə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
Xatırladaq ki, turun digər oyunlarında "Sabah" "Keşlə"yə (2:1), "Neftçi" "Səbail"ə (1:0), "Zirə" isə "Sumqayıt"a (3:0) qalib gəlib.
 
Azərbaycan Premyer Liqası
12-ci tur
29 noyabr
 
"Qəbələ" – "Qarabağ" 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 16:00.
 
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest