Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Qarabağ" – "Keşlə" oyununda matç bitdikdən dərhal sonra azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
 
"Neftçi" – "Sabah" oyununda "Neftçi"nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. "Sabah" klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 800 manat cərimə olunub. Matç bitdikdən dərhal sonra azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. "Sabah"ın baş məşqçisi Murad Musayev "A" buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilib.
 
"Qəbələ" – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest