Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) il ərzində ən çox futbolçudan istifadə edən klubların siyahısını hazırlayıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasında iştirak edən klubların göstəricilərinə də yer verilib.
 
Azərbaycanda il ərzində ən çox futbolçudan istifadə edən komanda "Sabah"dır. Premyer Liqa təmsilçisi son 1 ildə keçirdiyi 29 oyunda 40 futbolçudan istifadə edib.sa
 
Siyahının ikinci pilləsində "Səbail" yer alıb. "Dənizçilər" 30 oyunda 37 futbolçuya güvənib. İlk üçlüyü son çempion "Neftçi" tamamlayır. "Ağ-qaralar" 29 oyunda 35 futbolçudan istifadə edib.
 
Hazırda turnir cəvdəlinin lideri olan "Qarabağ" bu siyahıda sonuncu pillədədir. Ağdam təmsilçisində 30 oyunda 27 futbolçuya güvənilib.
 
"Keşlə" 34 futbolçuyla 4-cü, "Sumqayıt" 33-lə 5-ci, "Qəbələ" və "Zirə" isə 32 oyunçu ilə 6 və 7-ci sıraları bölüşür. Bu komandalar 29 oyun keçirib.
 
Göstəricilər 2020-ci ilin 15 noyabrından 2021-ci ilin 15 noyabrına qədər olan dövrə aiddir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest