Həmçinin, paytaxt təmsilçisi texniki qələbə nəzərə alınmamaqla, ilk dəfə "Qarabağ"a qalib gəlib. Bu, rəqiblərin 17-ci duelinə təsadüf edib ki, əvvəlki 16 matçdan birində texniki qələbə bakılılara verilib.

"Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında Premyer Liqada 25-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, 8-ci turun "Qarabağ"la ev matçına təsadüf edib. Bakı klubu "ASCO Arena"da 3:1 hesablı qələbə qazanıb.Bu, Hacıyevin rəhbərliyi altında baş tutan 84-cü qarşılaşmaya təsadüf edib. 2018-ci ilin yayından "Səbail"ə rəhbərlik edən mütəxəssis 4-cü mövsümündə qələbə sayını 25-ə çatdırıb.
 
Onun yetirmələri 2018/19 mövsümündə 12, növbəti iki çempionatın hərəsində 5 dəfə qalib gəlib. Cari mövsümün 3-cü qələbəsi baş məşqçi üçün 25-ci olub. Bu qələbə ilə "Səbail" iki uğursuz seriyaya da son qoyub. Bakılılar ardıcıl 4 məğlubiyyətdən sonra meydanı üç xalla tərk edib. Hacıyevin yetirmələri 3-cü turun "Sumqayıt"la sentyabrın 11-dəki görüşündən (1:0) sonra xala həsrət idi.
 
Həmçinin, paytaxt təmsilçisi texniki qələbə nəzərə alınmamaqla, ilk dəfə "Qarabağ"a qalib gəlib. Bu, rəqiblərin 17-ci duelinə təsadüf edib ki, əvvəlki 16 matçdan birində texniki qələbə bakılılara verilib.
 
Hacıyev Azərbaycan çempionatları tarixində 25 və daha çox qələbə qazanan 44-cü baş məşqçidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest