Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutan "Zirə" ilə oyun "Neftçi"nin qapıçısı Aqil Məmmədov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 32 yaşlı qolkiper "ağ-qaralar"ın heyətində 100-cü oyununa çıxıb.
 
Bu münasibətlə qapıçı matçdan öncə mükafatlandırılıb. Mükafatı ona "ağ-qaralar"ın prezidenti Kamran Quliyev təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest