"Sabah"ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. çoxdandı bunu gözləyirdim.
 
- Sanki bu qələbənin memarı Ramin Quliyev idi.
- Hazırlıq planı həftənin əvvəlində Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq.
 
- Protokolda baş məşqçi siz göstərilsəz də, kənarda oyunu idarə edən İqor Ponomaryov idi.
- Ponomaryov klubun idman direktorudur. O, komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burada hamı bir yerdə çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest