Daha əvvəl AFFA Mahirin Serbiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlamışdı. Lakin futbolçudan götürülmüş sonrakı iki testin nəticəsi mənfi çıxmışdı.

Polşanın "Legiya" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb. Matc.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.
 
24 yaşlı futbolçunun tezliklə komanda ilə məşqlərə qoşulacağı diqqətə çatdırılıb. Azərbaycanlı forvardın "Lex"ə qarşı çempionat matçında oynayacağı bildirilib.
 
Daha əvvəl AFFA Mahirin Serbiyaya qarşı Dç-2022-nin seçmə mərhələ oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlamışdı. Lakin futbolçudan götürülmüş sonrakı iki testin nəticəsi mənfi çıxmışdı.
 
Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Polşa çempionatının 17-ci turu çərçivəsində baş tutacaq "Legiya" – "Lex" oyunu oktyabrın 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest