Azərbaycan Premyer Liqasının 5-ci turu yeni rekordla əlamətdar olub. Matc.az xəbər verir ki, ilk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.
 
"Zirə"yə qarşı oyun "Səbail"in kapitanı üçün 422-ci çempionat görüşü olub.
 
32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub. 3-cü turun "Sumqayıt"la görüşündə rekordu təkrarlayan Əmirquliyev "ASCO Arena"da mütləq göstəriciyə imza atıb.
 
Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən "Şəfa" – "Şahdağ" matçının (1:0) iştirakçısı olub. Rahid karyerası ərzində çıxdığı matçlarda 33 qol vurub.
 
O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Əmirquliyev yetirməsi olduğu "Şahdağ"da 57 (7 qol), "Xəzər Lənkəran"da 254 (23 qol), "Qarabağ"da 37 (3 oyun) qarşılaşmaya çıxıb. "ASCO Arena"dakı matç onun "Səbail"də 74-cü görüşüdür.
 
Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.
 
 
2003/04. Şahdağ-Samur (Qusar) – 16 oyun (3 qol)
 
2004/05. Şahdağ-Samur (Qusar) – 26 (1)
 
2005/06. Şahdağ (Qusar) – 15 (3)
 
2006/07. Xəzər Lənkəran – 17 (5)
 
2007/08. Xəzər Lənkəran – 16 (1)
 
2008/09. Xəzər Lənkəran – 24 (4)
 
2009/10. Xəzər Lənkəran – 27 (1)
 
2010/11. Xəzər Lənkəran – 30 (0)
 
2011/12. Xəzər Lənkəran – 31 (5)
 
2012/13. Xəzər Lənkəran – 30 (1)
 
2013/14. Xəzər Lənkəran – 31 (0)
 
2014/15. Xəzər Lənkəran – 30 (2)
 
2015/16. Xəzər Lənkəran – 18 (4)
 
2015/16. Qarabağ (Ağdam) – 2 (0)
 
2016/17. Qarabağ (Ağdam) – 20 (3)
 
2017/18. Qarabağ (Ağdam) – 15 (0)
 
2018/19. Səbail (Bakı) – 24 (0)
 
2019/20. Səbail (Bakı) – 20 (0)
 
2020/21. Səbail (Bakı) – 26 (0)
 
2021/22. Səbail (Bakı) – 4 (0)
 
Qeyd: "Şahdağ" bir müddət "Şahdağ-Samur" adlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest