Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

"Qarabağ" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Ağdam təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Xatırladaq ki, turun daha öncə baş tutan oyunlarında "Qəbələ" "Səbail"ə 5:0, "Neftçi" "Keşlə"yə 3:0 hesabıyla qalib gəlib. "Zirə" – "Sabah" oyununda isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası
4-cü tur
20 sentyabr

"Qarabağ" – "Sumqayıt" 2:0
Qol: F.Ozobiç, 42-pen; 90+5.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev.
Bakı. "Azersun Arena", 19:00.

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 6. Patrik Andrade, 20. Kadi Malinovski, 25. Vadji İbrahima, 27. Toral Bayramov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest