Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" turun açılış matçında "Səbail"lə üz-üzə gəlib. Hansı ki, "dənizçilər" də keçirdiyi üç oyundan ikisini qələbə ilə başa vurmuşdu. Qəbələnin eyniadlı təmsilçisi bu görüşdə rəqib qapısından beş cavabsız qol keçirib.

Qələbəyə və xala həsrət qalan "Sabah" isə bu dəfə çətin "Zirə" səfərinə yollanıb. Bu qarşılaşma bərabərliklə başa çatıb.

Azərbaycan Premyer Liqası
4-cü tur
18 sentyabr

Qəbələ – Səbail 5:0
Qol: R.Muradov, 65. ü.İsgəndərov, 83. E.Şahverdiyev, 89. R.Utriq, 90+1. İ.Alimi, 90+4.
Qırmızı vərəqə: Ə.Qarəhmədov, 85 (ikinci sarı).
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 30. Camal Araqo, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Zirə – Sabah 1:1
Qol: M.Hamdaui, 49 – Ş.Periçiç, 83.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov.
Zirə İdman Kompleksinin stadionu, 19:15.

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios çantakias, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 21. İldar Alekperov.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 11. Kristian Sebalyos, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Ramin Quliyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest