Buna qədər 30 dəfə "Qarabağ", 23 dəfə "Neftçi" qalib gəlib. Komandalar 30 oyunda da meydanı bərabərliklə tərk ediblər.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, bu, komandaların çempionatda 84-cü oyunu olacaq.
 
Buna qədər 30 dəfə "Qarabağ", 23 dəfə "Neftçi" qalib gəlib. Komandalar 30 oyunda da meydanı bərabərliklə tərk ediblər.
 
Qələbə sayında olduğu kimi, top fərqində də "Qarabağ"ın üstünlüyü var - 92-76.
 
Qeyd edək ki, sentyabrın 12-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Qarabağ" matçına saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest