Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk böyükhesablı nəticəsi 2-ci tura təsadüf edib. Matc.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
 
Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. "Qarabağ" 115-ci dəfə qalib gəlibsə, "Səbail" 14-cü dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest