Premyer Liqada 2011-ci ildə debüt edən "kimyaçılar" əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar "Qarabağ" və "Xəzər Lənkəran"la görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

"Sumqayıt" klubu tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb. Matc.az PFL-ə istinadən xəbər verir ki, ilk turda "Keşlə"ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri bu dəfə "Sabah"la oyunda da eyni nəticə ilə qalib gəlib.
 
Premyer Liqada 2011-ci ildə debüt edən "kimyaçılar" əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar "Qarabağ" və "Xəzər Lənkəran"la görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.
 
Son 5 mövsümün startında "Sumqayıt" eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest