Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirildi. Matc.az xəbər verir ki, hesabat turu bir sıra yubileylər və əlamətdar hadisələrlə yaddaqalan oldu.
 
Azərbaycan Premyer Liqası
2-ci tur
 
"Zirə" – "Neftçi" 1:2
"Sumqayıt" – "Sabah" 2:0
"Qəbələ" – "Keşlə" 2:1
ürfan Abbasov 225 oyunla "çempionatın 100 ən çox oyun keçirən futbolçusu" siyahısında 224 oyun keçirən Vadar Nuriyev və Novruz Məmmədovu siyahıdan kənarlaşdıraraq, 100-cü pilləyə yüksəlib. 
 
"Qarabağ" – "Səbail" 3:0
45+2-ci dəqiqədə Musa Qurbanlının vurduğu qol "Səbail"in qapısına vurulmuş 150-ci qol oldu.
 
2-ci turda meydana daha 20 yeni futbolçu çıxıb. Bununla da XXX Premyer Liqada təmsil olunan futbolçu sayı 129-a yüksəlib. 
 
"çempionatın 100 ən çox oyun keçirən futbolçusu" siyahısında 2-ci turda meydana çıxan futbolçular:
 
2.(2).Rahid Əmirquliyev ("Səbail") 418 (2003-2021)
16.(16).Maksim Medvedev ("Qarabağ") 326 (2006-2021) 
32.(32).Rauf Əliyev ("Səbail") 289 (2006-2021)   
65.(67).Slavik Alxasov ("Sumqayıt") 249 (2011-2021) 
68.(71).İlkin Qırtımov ("Keşlə") 248 (2010-2021)
93 (94).Kamran Ağayev ("Səbail") 232 (2003-2021)
100 (-).Urfan Abbasov ("Qəbələ") 225 (2011-2021)
 
İlkin Qırtımov daha çox – 3 pillə irəliləyib. O, 247 oyun göstəricisi olan Nizami Sadıqov, Bəxtiyar Musayev və Alim Qurbanovu qabaqlayıb.  
 
"çempionatın ən çox qol vuran 100 futbolçusu" siyahısında isə təkcə Filip Ozobiç fərqlənib. O, 37 qolun müəllifi olan Tərlan Əhmədov, Yakuba Bamba və Junior Nildonu qabaqlayıb:
 
68.(71). Filip Ozobiç ("Qarabağ") 38 (2016-2021)
 
"Ən az qol buraxan 100 qapıçı" siyahısında öz qapısını toxunulmaz saxlayan Emil Babayev olub. O, 24 oyunluq göstəricisi olan Taras çopikdən önə keçib. 
 
48.(49).Emil Babayev ("Qarabağ") 25 (1997-2021)
 
"Əvəzolunmadan ardıcıl oyunlar seriyası"
 
Bu siyahıya 26 oyunla başçılıq edən Turan Manafov 85-ci dəqiqədə əvəzləndiyindən, siyahını tərk edib. 13 oyunluq nəticəsi olan Voyislav Stankoviç meydana çıxmadığından və 10 oyun göstəricisi olan Şəhriyar Əliyev sonuncu dəqiqədə qırmızı vərəq aldığından siyahını tərk edib. Onları bu mübarizədə Höccət Haqverdi və Vüqar Mustafayev əvəzləyib:
 
1.(2).Mehdi Cənnətov ("Zirə") 17
2.(-).Höccət Haqverdi ("Sumqayıt") 10
3.(-).Vüqar Mustafayev ("Sumqayıt") 10
 
Hazırladı: Rasim Əliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest