"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Rəqibi təbrik edirəm. özümüzə gəlincə, 3 xal üçün oynadıq. Uşaqların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur pis oynayıb qazanırsan, elə də olur yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir.
 
- Komandanın istədiyiniz oyunu oynaması üçün nə qədər vaxt lazımdır?
- Yeni qoşulanlar və zədəlilər var. Xulio Sezar Rodriqes Gürcüstan toplanışında zədələnib. Oyun baxımından tam komplektləşməmişik. Oyundan oyuna daha yaxşı komanda görəcəyik. Sadəcə, vaxt lazımdır. Heyətimiz yenilənib, vaxta ehtiyacımız var. Ancaq bu, məğlubiyyətə bəhanə deyil.
 
- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
- Belə heyət yığırıqsa, deməli, qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Konkret qarşıma bu məqsəd qoyulub. Potensialımız var, qarşıdakı turlarda daha yaxşı olacağıq.
 
- Komanda özünə gələnə qədər, məğlubiyyətlər olarsa, rəhbərliyin sizin gələcəyinizlə bağlı qərarı necə olacaq?
- Rəhbərliyin işinə qarışmıram. Tez bir zamanda bu məğlubiyyəti unudub, növbəti matçlarda qələbə qazanmaq üçün hazırlaşacağıq.
 
- Nəticə ədalətlidir?
- Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Bu, futboldur. Elə oyunlar var ki, oynayıb uduzursan. Bu da onlardan biri idi. Futbolun da gözəlliyi budur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest