Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk qolu vurulub. Matc.az xəbər verir ki, bu top 1-ci turun bu gün keçirilən ilk oyununa təsadüf edib.
 
Mövsümün "Bank Respublika Arena"da keçirilən açılış oyununda "Səbail"in futbolçusu Yurgen Qoxa əlamətdar topun müəllifi kimi tarixə düşüb. O, "Sabah" – "Səbail" görüşünün 30-cu dəqiqəsində fərqlənib. Bununla da ardıcıl 6-cı mövsümdə ilk qolu qonaq komanda vurub. Albaniyalı müdafiəçi son 6 ildə ilk qol müəllifi olan birinci legionerdir. Bunadək son 5 mövsümdə yerli oyunçular ilk qola imza atıb.
 
Qeyd edək Ki, Azərbaycan çempionatlarında sonuncu qol 87 gün öncə - mayın 19-da vurulub. Həmin qola "Qarabağ"la ev matçının (1:0) 90-cı dəqiqəsində "Neftçi"nin bolqarıstanlı hücumçusu Ahmed Ahmedov imza atıb. Həmin görüşdən sonra 86 günlük mövsümlərarası fasilə yaranıb.
 
Mövsümün ilk oyununda ilk qırmızı vərəqə də göstərilib. Bu, "Sabah"ın yeni transferlərindən olan Con Lens-Mikelsə "qismət" olub. O, qarşılaşmanın 90+3-cü dəqiqəsində meydandan qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest