Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü başlayacaq. Matc.az xəbər verir ki, 30-cu ölkə çempionatında iştirak edəcək "Qəbələ" 16-cı mövsümünə start verəcək.
 
Yüksək dəstədə 2006-cı ildə debüt edən "qırmızı-qaralar" indiyədək 15 çempionatda qüvvəsini sınayıb. "Qəbələ" bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. "Qırmızı-qaralar"ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var. 
 
Əvvəlki 15 mövsümdə komanda 440 matça çıxıb. Bu görüşlərdə 171 qələbə qazanan "Qəbələ" 118 dəfə bir xalla kifayətlənib. "Qırmızı-qaralar" 151 dəfə məğlubiyyətlə üzləşib. 528 qol vuran bu komandanın futbolçuları 488 top buraxıb. 
 
Komanda evdə və səfərdə eyni sayda – 220 oyun keçirib. öz meydanında 97 qələbəsi olan "qırmızı-qaralar" 63 dəfə heç-heçə edib. 60 dəfə uduzan "Qəbələ" qonaqların qapısından 285 top keçirib və 206-nı buraxıb. Səfərdə 74 dəfə üç xal əldə edən komanda rəqib meydanlarında 55 sülhə imza atıb. 91 dəfə səfərdən xalsız dönən "Qəbələ" 243 qol vurub, 282-ni buraxıb.
 
Bu 15 mövsümdə "Qəbələ"nin formasını 237 futbolçu geyinib. Onlardan yeddisi 100 matç səddini arxada qoyub: ürfan Abbasov - 177, Dodo - 131, Asif Məmmədov – 130, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111, Cavid Hüseynov – 107.
 
"Qəbələ"nin qollarına 112 futbolçu imza atıb. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.
 
"Qırmızı-qaralar"a Premyer Liqadakı 15 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 
 
"Qəbələ" 15 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.
 
"Qəbələ" 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 5 heç-heçəsi olan komanda 3 dəfə ilk matçını uduzub: 
 
05.08.2006. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0
11.08.2007. Standard (Bakı) - Qəbələ - 0:1
09.08.2008. Qəbələ - Muğan (Salyan) - 4:1
16.08.2009. Qəbələ - Simurq (Zaqatala) - 2:1
07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0
07.08.2011. Qəbələ - Bakı - 0:0
04.08.2012. Simurq (Zaqatala) - Qəbələ - 1:1
02.08.2013. Bakı - Qəbələ - 1:2
10.08.2014. İnter (Bakı) - Qəbələ - 4:0
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
08.08.2016. Qəbələ - Kəpəz (Gəncə) - 2:0
12.08.2017. İnter (Bakı) - Qəbələ - 1:2
12.08.2018. Qəbələ - Səbail (Bakı) - 3:0
17.08.2019. Qəbələ - Sumqayıt - 0:2
23.08.2020. Qəbələ - Zirə - 1:1 
 
 

2006/07 

24

4

4

16

17-47

20

XI yer 

2007/08 

26

11

3

12

33-36 

36

VI yer

2008/09

26

9

6

11

28-21

33

X yer 

2009/10

32

13

10

36-36

49

VI yer 

2010/11

32

13

12 

31-18

51

VII yer 

2011/12

32

15

10 

43-32 

52

V yer

2012/13

32

10

8

14

32-40

38

VI yer

2013/14 

36

18

7

11

48-36

61

III yer 

2014/15

32

15

46-35 

54

III yer 

2015/16

36

16

11

9

44-28

59

III yer

2016/17

28

14

10

4

46-21

52

II yer

2017/18

28

14

7

7

43-26

49

II yer

2018/19

28

9

9

10

31-33

36

IV yer

2019/20

20

5

4

11

25-35

19

VIII yer

2020/21

28

5

11

12

23-44

26

VII yer

Cəmi

440

171

118

151

528-488

631

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest