"Zirə" Azərbaycan Premyer Liqasında yeni mövsümə "Qarabağ"la görüşlə start verəcək. Matc.az xəbər verir ki, bu, qəsəbə təmsilçisinin Azərbaycan Premyer Liqasında 7-ci startı olacaq. "Zirə" əvvəlki 6 mövsümün startında fərqli nəticələr göstərib.
 
İlk oyunlardan ikisində qalib gələn "qartallar" iki heç-heçə edib və iki dəfə də uduzub. "Zirə" 6 startdan dördündə qol sevinci yaşayıbsa, ilk görüşlərdən yalnız birində qapısını toxunulmaz saxlayıb.
 
Avqustun 15-də keçiriləcək "Zirə" – "Qarabağ" matçı saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest