Tokio-2020-də kişi futbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin ikinci turunun görüşləri keçirib. A, B, C və D qruplarında bütövlükdə 8 qarşılaşma baş tutub.
 
Turnirin favoritlərindən hesab olunan İspaniya Tokio-2020-də ilk qələbəsini qazanmaq üçün Avstraliya ilə qarşılaşıb. İspanlar bu oyundan minimal hesabla qalib ayrılıblar. Argentina da Misirlə oyunda qələbəyə seviniblər.
 
Digər maraqla gözlənilən görüşdə Braziliya Kot'd-İvuarla üz-üzə gəlib. 13-cü dəqiqədən azlıqda qalmasına baxmayaraq, braziliyalılar meydandan 1 xalla ayrılıb. D qrupunun digər oyununda Almaniya Səudiyyə Ərəbistanını çətinliklə üstələyib.
 
Fransa yığması CAR üzərində çətin qələbəyə sevinib. Qrupun digər matçında Yaponiya Meksikanı üstələyib.
 
Yeni Zelandiya - Honduras görüşü sonuncuların qələbəsiylə yekunlaşıb. Bu qrupun digər görüşündə Cənubi Koreya Rumıniya üzərində darmadağına sevinib.
 
A qrupu
 
Fransa - CAR 4:3
 
Yaponiya - Meksika 2:1
 
Turnir cədvəli: Yaponiya – 6, Meksika - 3, Fransa – 3, CAR – 0.
 
B qrupu
 
Yeni Zelandiya - Honduras 2:3
 
Rumıniya - Cənubi Koreya 0:4
 
Turnir cədvəli: Cənubi Koreya – 3, Honduras 3, Yeni Zelandiya  - 3, Rumıniya – 3.
 
C qrupu
 
Misir - Argentina 0:1
 
Avstraliya - İspaniya 0:1
 
Turnir cədvəli: İspaniya – 4, Avstraliya - 3, Argentina – 3, Misir – 1.
 
D qrupu
 
Braziliya - Kot'd-İvuar - 0:0
 
Səudiyyə Ərəbistanı – Almaniya 2:3
 
Turnir cədvəli: Braziliya - 4, Kot'd-İvuar - 4, Almaniya - 3, Səudiyyə Ərəbistanı - 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest