Yunanıstanın "Olimpiakos" komandasının müdafiəçisi Svetozar Markoviç UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, serbiyalı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Oynadığım, xüsusilə də qələbə qazandığımız üçün çox xoşbəxtəm. Biz hər oyunda qələbə qazanmalıyıq. Bakıda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hər şeyə hazır olmalıyıq. çünki oyun zamanı nələrin baş verəcəyini öncədən bilmək olmur. Bu gün də müəyyən problem və çətinliklərlə üzləşdik. Belə hallara hazırlıqlı olmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest