"Olimpiakos" Yunanıstanın ən böyük komandasıdı". Matc.az xəbər verir ki, bunu "Neftçi" klubunun prezidenti Kamran Quliyev deyib.

Yunanıstan mediasına danışan Quliyev UEFA çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Olimpiakos"a qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb.

"Biz bu komandanı UEFA çempionlar Liqasının qrup mərhələsindəki çıxışlarından yaxşı tanıyırıq. Yunanıstan klubu bizimlə oyunların favoritidi. Amma futbolda gərək heç vaxt "heç vaxt" deməyəsən. Bu rəqiblə oyunlar bizim üçün çətin sınaqdı. Layiqli nəticə qazanmaq üçün bütün gücümüzü sərf edəcəyik", deyə Quliyev bildirib.

Quliyev rəqib komandadan heç bir futbolçunu tanımadığını söyləyib: "Adları ilə kimisə tanımıram. Amma əslində bu, baş məşqçimiz Samir Abasova aid olan məsələdi. O, çox yaxşı işlər görür".

"Neftçi"nin preziedenti "Olimpiakos"la cavab matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə ehtiyac duymadıqlarını vurğulayıb: "Xeyr, biz bu rəqiblə cavab matçını da "Bakcell Arena"da keçirəcəyik. Bu stadion 11 min azarkeş tutumuna malikdi, amma tribunalara yalnız 50 faiz azarkeş buraxılır".

Quliyev bu mövsüm üçün hədəflərindən də söz açıb: "Əlbəttə, əsas hədəflərdən biri yenidən liderliyimizi qoruyub saxlamaqdı. Rəqiblərimiz çempion komandaya qarşı daha ciddi hazırlaşacaqlar ki, bu da bizim işimizi çətinləşdirəcək. Amma biz yenidən çempion olmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest