“Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov uğurlu əməliyyat keçirib. Matc.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Türkiyənin İstanbul şəhərində əməliyyat olunan futbolçu 1 həftədən sonra məşqlərə başlaya biləcək.
 
Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. Mütəllimov həmin matçlarda 3 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest