Uruqvay Futbol Assosiasiyası (AUF) millinin dünya çempionatından kənarlaşmasından sonra komanda üçün nəzərdə tutulan çarter reysini ləğv edib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Martin Çarkero sosial şəbəkə hesabında məlumat yayıb.

Qərara əsasən, futbolçuların hər biri ABŞ-də keçirilən dünya çempionatından fərdi şəkildə, kommersiya reysləri ilə qayıtmalı olacaqlar.

Uruqvay yığması 3 oyundan sonra 2 xal toplayaraq H qrupunda üçüncü yeri tutub və mübarizəni dayandırıb. Qrup birincisi 7 xalla İspaniya millisi olub. İkinci sıranı 3 xalla Kabo-Verde tutub, Səudiyyə Ərəbistanı isə turniri sonuncu pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatı iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada davam edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest