Belçika millisi 1/16 final mərhələsində Seneqala qarşı keçirdiyi matçda unikal nailiyyətə imza ataraq dünya çempionatları tarixini yenidən yazıb.
Belçika millisi 1/16 final mərhələsində Seneqala qarşı keçirdiyi matçda unikal nailiyyətə imza ataraq dünya çempionatları tarixini yenidən yazıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta" statistika portalı yayıb.
Bildirilir ki, Rudi Qarsiyanın yetirmələri mundiallar tarixində əvvəllər görünməmiş möhtəşəm bir geri dönüşə imza atıblar. "Qırmızı şeytanlar" 85-ci dəqiqəyə qədər 0:2 hesabı ilə geridə olduqları qarşılaşmada əsas vaxtda məğlubiyyətdən xilas olmağı bacaran ilk komanda olublar.
Onlar Romelu Lukaku və Yuri Tilemansın qolları sayəsində bərabərliyi təmin ediblər. Oyunu əlavə vaxta daşıyan belçikalılar orada tarixi bir qolla qələbəni qoparmağı bacarıblar.
Qeyd edək ki, Rudi Qarsiyanın komandası 1/8 finalda ABŞ ilə qarşılaşacaq. Matç iyulun 7-də keçiriləcək və Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.












