FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
 
Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, İnfantino Abdullayevə ünvanladığı məktubla "Neftçi" klubunun Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünün qalibi olması münasibətilə təbrikini və xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.
 
"Neftçi" Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest